Əl-Məyadin: Fələstin müqaviməti atəşkəs təklifini rədd edib və Tel-Əvivə qətiyyətli cavab ardıncadır

Əl-Məyadin: Fələstin müqaviməti atəşkəs təklifini rədd edib və Tel-Əvivə qətiyyətli cavab ardıncadır

Əl-Məyadin kanalının internet saytı öz mənbələrinə istinadən Fələstin İslami Cihad hərəkatının atəşkəs təklifini rədd etdiyini açıqlayıb.

Əl-Məyadin saytı öz mənbələrinə istinadən Fələstin müqavimət qüvvələrinin Misirin hücumları dayandırmaq təklifini rədd etdiyini bildirib və müqavimətin Tel-Əvivə cavabının qeyri-məhdud bir müddət ərzində davam edəcəyini vurğulayıb.

Fələstin müqavimətinin mənbələri bu gün (şənbə günü) Əl-Mayadin şəbəkəsinə məlumat veriblər: “Misir bir neçə saatlıq atəşkəs təklif etdi və İslami Cihad bu təklifi rədd edərək cavabı belə oldu ki, indi İsrail işğalçı rejiminin cinayətlərinə cavab vermək vaxtıdır.

Ötən gün (cümə) İslami Cihad hərəkatının Livandakı nümayəndəsi Ehsan Ətaya qeyd edib ki, sionist rejim vasitəçilər vasitəsilə gərginliyin artmasına son qoyulmasını tələb edib, lakin biz bunu qəbul etmədik.

Əl-Məyadin şəbəkəsinə müsahibəsində o vurğulayıb: “İsrail işğalçıları qırmızı xətləri keçiblər və biz münaqişənin başlanğıcındayıq və onlarla qarşı-qarşıyayıq. Yəni, vasitəçilik üçün yer yoxdur. ”

Fələstin İslami Cihad Hərəkatının media ofisinin rəhbəri Davud Şahab daha əvvəl mətbuata verdiyi müsahibədə Qəzzədə atəşkəs və müqavimətin əməliyyatları dayandırması barədə heç bir söhbətin getməyəcəyini təsdiqləmişdi.

Bu arada, ibrani mənbələri bu gün günortadan sonra (şənbə günü) Misirin Tel-Əviv və Fələstin İslami Cihad hərəkatı arasında vasitəçilik etmək üçün müdaxilə etdiyini açıqlayıb.

Sionist rejimin 13-cü kanalı bildirib ki, Misir münaqişə tərəflərinə atəşkəs mexanizmini razılaşdırmaq üçün hücumu bir neçə saat dayandırmağı təklif edib, lakin Fələstin müqavimətinin açıq şəkildə təklifi rədd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 3 =