Əl-Qəssam batalyonlarının İordan çayının qərb sahilində siyasi planın sonu və müqavimətin başlanması ilə bağlı xəbərdarlığı

Əl-Qəssam batalyonlarının İordan çayının qərb sahilində siyasi planın sonu və müqavimətin başlanması ilə bağlı xəbərdarlığı

HƏMAS-ın hərbi qolu olan Əl-Qəssam batalyonları komandirinin müavini sionist rejimə xəbərdarlıq edib və önümüzdəki günlərin hadisələrlə dolu olacağını vurğulayıb.

HƏMAS hərəkatının hərbi qanadı olan Əl-Qəssam batalyonları komandirinin müavini Mərvan İsa vurğulayıb ki, İordan çayının qərb sahilindəki siyasi plan sona çatdı və sionist düşmən də Fələstin Azadlıq Təşkilatı (FAT) ilə olan məlum “Oslo sülh sazişini” məhv edib. Önümüzdəki günlər hadisələrlə dolu olacaq.

Əl-Əqsa peyk kanalına verdiyi müsahibədə İsa Məscidül-Əqsanın hazırkı statusunda hər hansı dəyişikliyin bölgədə zəlzələ effekti yaradacağı barədə xəbərdarlıq edib.

 “Şahab News” saytının məlumatına görə, Əl-Qəssam batalyonları komandirinin müavini deyib:

İordan çayının qərb sahilindəki müqavimətə şans vermək onu tək qoymaq demək deyil və Qəzzə səssiz qalmayacaq, lazım gələrsə, bütün gücümüzlə millətimizi müdafiə edəcəyik.”

HƏMAS-ın hərbi qolu torpaqların azad edilməsinə nail olmaq və hər fürsətdə Fələstin xalqını müdafiə etmək üçün müqavimət strategiyasının yaradılmasını vurğulayıb.

O, həmçinin bütün Fələstində müqavimət əməliyyatlarının alovlandırılması və müqavimətə maddi, mənəvi və media dəstəyinin verilməsinin zəruriliyini vurğulayaraq, İordan çayının qərb sahilində şəhidlik ruhiyyəsinin misilsiz olduğunu və fələstinlilərin və bu bölgədəki müqavimətin yüksək agahlığa malik olduğunu bildirib.

İsa aydınlaşdırıb: “Biz Qərb Sahilində və Qüdsdə müqavimətə şans veririk, çünki əməliyyat sahələri və strateji təsir hazırkı mərhələdə bunu tələb edir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five − 4 =