Əl-Qəssam: Düşmən raketlərimizin dəqiqliyi və intensivliyindən təəccüblənəcək-Video

Əl-Qəssam: Düşmən raketlərimizin dəqiqliyi və intensivliyindən təəccüblənəcək-Video

HƏMAS-ın hərbi qanadı sionist rejiminə raket imkanları ilə bağlı xəbərdarlıq edib.

HƏMAS-ın hərbi qolunun Əl-Qəssam Briqadalarının (Kətaibul-Qəssam) Qəzzə briqadasının komandiri İzzəddin Əl-Həddad bildirib ki, işğalçı sionist rejim qarşıdakı döyüşdə Əl-Qəssam raketlərinin dəqiqliyi, intensivliyi və effektivliyinə təəccüblənəcək.

Əl-Həddad Əl-Qəssam internet saytı tərəfindən yayımlanan bir videoda deyib: Düşmən onun üçün xoşagəlməz olan şeyləri tezliklə görəcək və bu, uca Allahın vədəsidir. Biz tezliklə müqəddəs torpağa girəcəyik. Biz gəlirik.

Bu açıqlamalar sionist rejimin gələn bazar günü Qüdsdə bayraq yürüşü keçirməyi planlaşdırdığı və fələstinli qrupların buna qarşı xəbərdarlıq etdiyi bir vaxtda səslənir.

Bununla əlaqədar Qəzzə müqavimətindəki mənbələr Tel-Əvivin vasitəçilər vasitəsilə Qəzzə zolağında yerləşən müqavimət qruplarına “bayraq” yürüşü zamanı sionist qəsəbə sakinləri tərəfindən təxribat xarakterli hərəkətlər edilməyəcəyi barədə mesaj göndərdiyini bildiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 − one =