Əl-Qəssam sözçüsü: Ayətullah Xameneinin Fələstin müqavimətinə davamlı dəstəyini yüksək qiymətləndiririk

Əl-Qəssam sözçüsü: Ayətullah Xameneinin Fələstin müqavimətinə davamlı dəstəyini yüksək qiymətləndiririk

“Əl-Qəssam” batalyonlarının hərbi sözçüsü vurğulayıb ki, bu Fələstin qurumu İran İslam İnqilabının Ali Rəhbərinin müqavimət və Fələstin xalqının daimi dəstəyinə əməli və açıq təkidini yüksək qiymətləndirir.

Bazar günü Əl-Qəssam Briqadalarının hərbi sözçüsü Əbu Ubeydə Qüds Günündə Ali Rəhbər Ayətullah Xameneinin əmrlərini dinlədiyini vurğulayıb.

Əbu Ubeydə Əl-Məyadin xəbər kanalına deyib: “Qüds günündə biz İran İslam İnqilabının Ali Rəhbəri Seyid Əli Xameneinin Fələstin xalqı və müqaviməti haqqında ərəbsə səmimi sözlərini dinlədik. Biz Əl-Qəssam Briqadaları olaraq onla bu hisslərə görə təşəkkür edir və müqavimətə və Fələstin xalqına davamlı dəstəyə əməli və aydın təkidini yüksək qiymətləndiririk.”

Ayətullah Seyid Əli Xamenei cümə günü axşam (29 may) Ümumdünya Qüds Günü münasibəti ilə çıxış edib.

O vurğulayıb: “Həqiqət budur ki, qəsbkar və cinayətkar sionist rejim Qüdsdə hökmranlıq etdiyi müddətcə ilin bütün günləri Qüds günü hesab edilməlidir. Müqəddəs Qüds Fələstinin qəlbidir və ölkənin qurudan dənizə qədər qəsb edilmiş hər yeri Qüdsün davamıdır.

Fələstin xalqı misilsiz şücaətlə zalım qarşısında dayandığını və dayanacağını hər gün daha çox nümayiş etdirir. Gənclər öz fədakar əməliyyatları ilə Fələstinin müdafiəsinin sipərinə çevrildilər və fərqli bir gələcəyin müjdəçisi oldular.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 2 =