Əl-Qaidə lideri Əymən əz-Zəvahiri ölüb – KİV
Üsamə bin Ladendən sonra Əl-Qaidənin lideri olmuş Əymən Əz-Zəvahiri vəfat edib.
SalamNews ArabNews-a istinadla xəbər verir ki, Əfqanıstan və Pakistanda olan təhlükəsizlik qurumlarının azı dörd mənbəsi Əymən əz-Zavahirinin ölümünü təsdiqləyiblər.
Bildirilib ki, Əymən əz-Zavahiri son günlərdə 69 yaşında vəfat edib.
Əz-Zaharinin sonuncu dəfə iki ay öncə 11 sentyabr hadisəsilə bağlı internetdə səsyazısı yayımlanmışdı.
Bu məluamtı Pakistanın, Əfqanıstanın və ya ABŞ -ın rəsmi mənəbləri hələ təsdiqləməyiblər.
Əl-Qaidə liderinin xələfinin adı da hələ açıqlanmayıb.