Əl-Vifaq: Mossadın Bəhreyndə varlığını elan etmək faciədir

Əl-Vifaq: Mossadın Bəhreyndə varlığını elan etmək faciədir

Bəhreynin Əl-Vifaq Milli-İslami cəmiyyəti Bəhreyn Xarici İşlər nazirinin müavininin Mossad-ın ölkədə mövcudluğu ilə bağlı açıqlamalarını fəlakət və təhlükəli adlandırıb.

Əl-Vifaq cəmiyyəti Bəhreyn XİN müavini Abdullah bin Əhməd Ali-Xəlifənin Mossadın ölkədə mövcudluğu ilə bağlı açıqlamalarına reaksiya verib və deyib: Bu açıqlamalar faciədir və Bəhreyni regionda əmniyətsiz və qeyri-sabit gərginlik məkanına çevirir.

Bəyanatda deyilir ki, Abdullah bin Əhməd Ali-Xəlifənin bu sözləri diplomatiyanın sərhədlərini aşan fəlakətli və sadəlövh düşüncənin nəticəsidir. Bu səbəbdən, sionist rejimin kəşfiyyat xidmətinin Bəhreyn daxilində fəal olduğunu açıq şəkildə bəyan edir.

Əl-Vifaq cəmiyyəti vurğulayıb ki, sionist rejimin insanlıq əleyhinə cinayətlər, onlarla insanın şəhadət və yaralanması, sui-qəsd və digər cinayətlərlə dolu keçmişi var. Onun Bəhreyndə olması Bəhreyn, region və dünya üçün təhlükədir və ölkəni müharibə səhnəsinə çevirəcək.

Bəhreyn xalqı adından Bəhreynə, ərəblərə və müsəlmanlara qarşı bu cinayət və xəyanətə qarşı kəskin etirazımızı bildiririk.

Milli, tarixi, ərəb və mənəvi məsuliyyətimizi nəzərə alaraq, bəyan edirik ki, Mossad-ın Bəhreyndə olması bu ölkəyə və xalqına qarşı açıq-aşkar işğal və təcavüzdür.

Münhen Təhlükəsizlik Konfransında çıxış edən Abdullah bin Əhməd bölgədə Mossad ünsürlərinin də olduğunu deyib: “Bəhreyn və İsrail arasında təhlükəsizlik sahəsində bu əməkdaşlıq daha böyük əmniyyət və sabitliyə gətirib çıxararsa, bu baş verməlidir. İsrail ilə təhlükəsizlik və kəşfiyyat əməkdaşlığı da tərəfdaşlığımızın bir hissəsidir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 3 =