Əlcəzair dövlət televiziyasında ilk dəfə hicablı aparıcı çıxış edib

Əlcəzair dövlət televiziyasında ilk dəfə hicablı aparıcı çıxış edib

Əlcəzair müstəqillik əldə etdikdən sonra, ilk dəfə hicablı aparıcı dövlət televiziyasında çıxış edib.

Nəcvau Cədi son bir neçə gündə Əlcəzairin dövlət televiziyasında çıxış edən ilk hicablı qadın aparıcıdır.

Bu, ölkənin müstəqillik əldə etdikdən sonra televiziya tarixində baş verən yeni və görünməmiş bir hadisə sayılır.

Əlcəzair televiziyası müstəqillik qazandığı gündən bəri müxtəlif kanallarda hicablı qadın jurnalistlərə qadağa siyasətini davam etdirirdi.

Bəziləri televiziyada hicab qadağasını müstəqillik əldə etdikdən sonra Əlcəzair televiziya rəhbərliyinin şəxsi inanc və qərarları ilə əlaqələndirirlər.

Nəsira Məzhud 2012-ci ildə hicab taxdığına görə televiziyada reportaj hazırlaması qadağan edilmiş əlcəzairli jurnalistdir.

İman Məhcubi, Huriyyə Hərs, Süsan bint Həbib və onlardan əvvəl Nəimə Macər də hicablı olduqları üçün televiziyada xəbər bülleteni yayımlamaq onlara qadağan edilib.

Əlcəzair televiziyasına bağlı “Əl-Quranil-Kərim” kanalı aparıcılarına hicab geyinməyə icazə verən yeganə rəsmi kanal olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × one =