Əlcəzair Mərakeş-İsrail əlaqələrinin bərpasını təhlükə adlandırıb

Əlcəzair Mərakeş-İsrail əlaqələrinin bərpasını təhlükə adlandırıb

“Sionist rejimi bizim sərhədlərə çatmaq və ölkəmizi hədəfə almaqda niyyətlidir. Bu Əlcəzair üçün təhlükədir.”

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bunu Əlcəzairin baş naziri Əbdüləziz Carrad ölkədə keçirilən forumların birində çıxışı zamanı deyib.

Mərakeşlə İsrailin əlaqələrinin yenidən normallaşdırılması və rəsmi əlaqələrin başlayacağı ilə bağlı bəyanata münasibət bildirən baş nazir qeyd edib ki, bu proseslər Əlcəzair üçün təhlükədir.

O bildirib ki, İsrail ölkənin sərhədlərinə çatmaq və Əlcəzair üçün təhlükə yaratmaqda niyyətlidir.

Qeyd edək ki, ərəb dövlətlərindən BƏƏ və Misir, əksər Yaxın Şərq ölkələrinin əksinə olaraq Mərakeş-İsrail əlaqələrinin rəsmiləşməsini alqışlayıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 − 12 =