Əlcəzair sionist rejiminə görə Aralıq dənizi ölkələri Parlament Assambleyasını tərk etdi

Əlcəzair sionist rejiminə görə Aralıq dənizi ölkələri Parlament Assambleyasını tərk etdi

Sizinyol xəbər verir ki, Əlcəzair parlamentinin nümayəndə heyəti, Sionist rejimi nümayəndələrinin iştirakına etiraz olaraq Aralıq dənizi ölkələri Parlament Assambleyasındakı çıxışını ləğv edib.

Əlcəzair parlamentinin nümayəndə heyəti, Aralıq dənizi ölkələri Parlament Assambleyasının sədrinə məktub göndərərək İsrail rejiminin nümayəndə heyətinin iştirakına etiraz əlaməti kimi bu nümayəndə heyətinin üzvlərinin “Koronavirus böhranından sonrakı iqtisadi fəaliyyət” bölməsində çıxış etməsindən imtina edib.

Bu addım Əlcəzair parlamentarilərindən ibarət üç nəfərlik heyət tərəfindən Aralıq dənizi Parlament Assambleyasının gündəliyi ilə tanış olduqdan sonra atılıb. Əlcəzair nümayəndələrinin də çıxış etməli olduqları Assambleyanın çıxış proqramının ikinci hissəsində, Sionist rejimi Knessetinin(Parlament) bir üzvünün də adı çıxış edənlər siyahısında olub.

Əlcəzair nümayəndə heyəti parlament sədrindən məktub aldıqdan sonra Assambleyanı tərk ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen − one =