Əlcəzairdə yanğınlar 15 nəfərin həyatına son qoydu

Publika.az xəbər verir ki, bu barədə bazar ertəsi ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Xilasetmə xidmətləri anomal güclü istilər səbəbindən yanğının baş verdiyi ərazilərdən minlərlə insanı təxliyə edib.
Ölkənin şimalında – Bejaya, Buira, Jijel, Tizi-Ouzou əyalətlərində yüzə yaxın yanğın qeydə alınıb. Yanğın nəticəsində kənd təsərrüfatı sahələrinə ciddi ziyan dəyib.
Yüksək tepmepratur və güclü külək yanğının söndürülməsini çətinləşdirir.
Publika.az