Əli Əl-Muşəki: Bizim nöqtə atışı silahlarımız bütün işğalçı ölkələrin mərkəzinə qədər çatır
Yəmən ordusunun müştərək qərargah rəisinin müavini deyib:
Bizim koalisiya ölkələrindəki həssas və dəqiq hədəfləri haqda məlumatımız və istədiyimiz təcavüzkar və ya koalisiya tərəfdarı ölkələrin mərkəzinə gedib çatan nöqtə atışı silahlarımız və pilotsuz təyyarələrimiz var.
Yəmən ordusunun müştərək qərargah rəisinin müavini Əli Əl-Muşəki deyib ki, Yəmən Fırtınası-2 əməliyyatı Yəmənin çəkindirmə imkanlarının artdığını göstərir.
Əl-Muşəki Əl-Məsirə xəbər kanalına əməliyyatın Yəmənin gücünün Səudiyyə-BƏƏ koalisiyasının işğalçı ölkələrinin dərinliklərinə çata biləcəyini göstərdiyini açıqlayıb.
O, vurğulayıb ki, əməliyyat bizim çoxlu silahımız, gücümüz və məlumatımız olduğunu göstərdi və koalisiyaya daxil olan ölkələr bizim nəzarətimizdə olduqlarına əmin ola bilərlər.
Əl-Muşaki həmçinin bildirib ki, Əz-Zəfra bazasını hədəf almaq mühüm mesajdır, çünki qırıcılar Yəmən xalqını bombalamaq üçün bu bazadan hərəkət edirdilər.
O, sonda qeyd edib ki, Yəmən qüvvələri bu ölkənin vətəndaşları və torpaqlarının müdafiəsində heç bir şeydən çəkinmir.