Əli Şəmxani: ABŞ neft oğurlamaq və İsrailə dəstək üçün Suriyadan çıxmaq istəmir
“ABŞ Suriyada qalmaqla bu ölkənin neftini qarət edib oğurlamaq, sionist rejiminin təhlükəsizliyini təmin etmək və İŞİD-i qoruyub saxlamaq məqsədi daşıyır. Gərək Ameriaknın bölgədə şərr addımlardan ibarət olan bu roluna son qoyaq.”
İnterAz SalamNews-a istinadla xəbər verir ki, bunu İranın Milli Təhlükəsizlik Ali Şurasının sədri kontr-admiral Əli Şəmxani deyib.
Tehranda Suriyanın xarici işlər naziri Feysəl Miqdadı qəbul edən Əli Şəmxani bildirib ki, ABŞ Suriyada qalmaqla bu ölkənin neftini qarət edir, İsrailin təhlükəsizliyini və İŞİD-in sosial bazasının burada qalmasını təmin edir.
İranlı kontr-admiral bildirib ki, region ölkələri ABŞ-ın bölgədəki hüzuruna son qoymalıdırlar.
Əli Şəmxani son zamanlarda İsraillə rəsmi əlaqələrə başlayan ərəb dövlətlərini də tənqid edib.
“Sionist rejimi ilə əlaqələri normallaşdırmq üçün xar və zillətə qatlaşan bəzi dövlət başçıları əslində Amerikanın bölgədəki planlarının icrası üçün yardım edirlər. Onları da Ömər əl-Bəşir və Qəddafidən yaxşı sonluq gözləmir”, deyə İranın Milli Təhlükəsizlik Ali Şurasının sədri körfəzdə yerləşən ərəb dövlətlərinə xəbərdarlıq edib.