Əməl hərəkatı və Hizbullahın vasitəçiliyi ilə Livanda Fəth və HƏMAS arasında barışıq əldə olunub

Əməl hərəkatı və Hizbullahın vasitəçiliyi ilə Livanda Fəth və HƏMAS arasında barışıq əldə olunub

Rəsmi Fələstin mənbələri Livandakı Fəth və HƏMAS hərəkatlarının Əməl hərəkatı və Hizbullah kimi tərəflərin vasitəçiliyi ilə barışıq anlaşması əldə etdiyini bildirib.

Mənbələr Ən-Nəşrə Xəbər Agentliyinə müsahibəsində bildiriblər ki, Livan parlamentinin spikeri və Əməl hərəkatının lideri Nəbih Berrinin xeyirxah səyləri, bir sıra Livan və Fələstin qüvvələri və şəxsiyyətlərinin digər vasitəçilikləri Fəth və HƏMAS arasında barışığa səbəb olub.

Son bir neçə ayda Şimal Qülləsi düşərgəsində baş verən hadisələrə görə onlar arasındakı əlaqələr kəsildikdən sonra, barışıq baş tutub.

Məlumata görə, Əməl hərəkatının Beyrutdakı qərargahında Nəbih Berrinin nümayəndəsi və Əməl hərəkatının siyasi bürosunun rəhbəri Cəmil Əl-Hayəkin nəzarəti altında Fəth və HƏMAS hərəkatlarının rəhbərlərindən Məhəmməd Əl-Cəbavi və Bəssam Kəcəkin iştirakı ilə toplantı keçirilib. İştirakçılar geniş məclisdə iftardan sonra barışıq xəttinə daxil olublar.

Livanda Fəth hərəkatı ilə HƏMAS arasında barışıq sənədinin iki əsas bəndi var:

– Hər hansı bir təhlükəsizlik gərginliyi və ya sionist düşmən muzdlularının içəri nüfuzunun qarşısını almaqla düşərgələr daxilində toqquşmaların genişlənməsinə və münaqişələrin artmasına mane olmaqla Fələstin düşərgələrini qorumaq.

Onların hamısının məqsədi Fələstinin milli layihəsinə zərbə vurmaq və düşərgələrin simvolunu məhv etməkdir.

– Sur məntəqəsində Şimal Qülləsi düşərgəsindəki vəziyyətlə maraqlanmaq, münaqişənin nəticələrini neytrallaşdırmaq və fələstinlilərin ümumi vəziyyətini nəzərdən keçirmək və bu gərginliyin mənfi təsirlərinə son qoymaq üçün ciddi həll yolunun tapmaq. Belə ki, düşərgə sakinlərinin təhlükəsizliyi qorunsun, şəhid və yaralıların hüquqları təmin və bu işlərin idarə edilməsi Livanın məhkəmə sistemi və Livanın təhlükəsizlik və hərbi xidmətlərinə həvalə edilsin.

Fəth və HƏMAS hərəkatlarının liderlərinin bu gecəki görüşündən sonra növbəti iki gün ərzində Fələstin Birgə Fəaliyyət Komitəsinin Livanda növbəti görüşü keçirilməsi planlaşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 + 11 =