Əmir Abdullahian Azərbaycan ilə münasibətlərdən danışdı

Əmir Abdullahian Azərbaycan ilə münasibətlərdən danışdı

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian bir açıqlamada deyib: “İran və Azərbaycan Respublikası arasında münasibətlər müsbət qonşuluq şəraitində davam edir.”

O, əlavə edib: “Bəzi məsələlərdə fikir ayrılıqları ola bilər, lakin maneələri aradan qaldırmaq üçün hər iki tərəfdə ciddi iradə olması vacibdir”.

Əmir Abdullahian əlavə edib: “Mən və həmkarım Ceyhun Bayramov iki ölkənin nümayəndəsi olaraq münasibətlərin hərtərəfli inkişafı və anlaşılmazlıqların aradan qaldırılması üçün müsbət əlaqələrimizi və məsləhətləşmələrimizi davam etdirəcəyik”.

O, həmin deyib: “Bu çərçivədə biz ictimai mühitin və medianın daha yaxşı idarə olunması üçün iki tərəf arasında əməkdaşlığın artırılması və birgə komitənin yaradılması barədə razılığa gəldik”.

Əmir Abdullahian əlavə edib: “Biz qonşularımızı öz doğmalarımız hesab edirik və bu münasibətləri tənzimləyən prinsipləri yüksək qiymətləndiririk.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 1 =