Əmir Abdullahiyan: Ukrayna böhranının kökündə NATO təxribatları dayanır

Əmir Abdullahiyan: Ukrayna böhranının kökündə NATO təxribatları dayanır

İranın Xarici İşlər Naziri tvitində Ukrayna böhranına toxunaraq, “Ukrayna böhranının kökündə NATO-nun təxribatları dayanır. Biz həll yolu olaraq müharibəyə əl atmağı görmürük.” – deyə yazıb.

Abdullahiyan bildirib: “Biz müharibəni həll yolu hesab etmirik. Atəşkəs rejiminin yaradılması, siyasi və demokratik həll yoluna diqqətin yönəldilməsi zəruridir.”

Ukraynada baş verən hadisələrin ardınca Xarici İşlər naziri bu gün səhər İran İslam Respublikasının Kiyevdəki səfirinə zəng edərək Ukraynadakı vəziyyət və bu ölkədə yaşayan iranlıların, o cümlədən diplomatların və ailələrinin son vəziyyəti ilə tanış olub.

Xarici İşlər naziri bu telefon danışığında İran sakinləri, xüsusən də Ukraynada təhsil alan iranlı tələbələrlə bağlı lazımi tövsiyələr verib və bütün İran sakinlərinə 24 saat səfirlik xidmətlərinin göstərilməsinin vacibliyini vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seven − four =