Əmir Xatəmi: Təl-Əviv və Hayfa Ali Dini Rəhbərin bir işarəsi ilə yerlə yeksan edilələcək
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, İİR-nın müdafiə naziri, Təl-Əviv və Hayfa Ali Dini Rəhbərin bir işarəsi ilə yerlə yeksan ediləcəkdir, deyib.
Briqada generalı Əmir Xatəmi:
“İllər öncə İnqilabın Lideri sionistlərə yaxşı cavab verərək bildirmişlər ki, sionist rejimi İslam Respublikasına qarşı düşmənçilik etmək iqtidarında deyildir. Onlar bilsinlər ki, bir səhv etsələr İslam Respublikası Təl-Əvivi və Hayfanı yerlə yeksan edəcəkdir!
Artıq Silahlı Qüvvələrin Ali Komandanlığının bu əmri gerçəkləşərək bir plana çevrilmiş və Ali Rəhbərin tək bir işarəsi ilə həyata keçirilməyə qadirdir”.