Əmisi qızı olan həyat yoldaşını bıçaqladı, qaynanasını qətlə yetirdi-TƏFƏRRÜAT

Əmisi qızı olan həyat yoldaşını bıçaqladı, qaynanasını qətlə yetirdi-TƏFƏRRÜAT

Şəmkirdə qətl hadisəsi baş verib.

Hadisə rayonun Şiştəpə kəndində qeydə alınıb. Kənd sakini, 1976-cı il təvəllüdlü İntizam Hüseynov ailə münaqişəsi zamanı həyat yoldaşı, 1990-cı il təvəllüdlü Mahizər Hüseynovanı və qaynanası, 1963-cü il təvəllüdlü Sədaqət İbadullayevanı bıçaqlayıb. Nəticədə qayınanası xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib, həyat yoldaşı isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Mahizər Hüseynova həyat yoldaşı, İntizam Hüsenovdan boşanmaq üçün məhkəməyə müraciət edib. Bu səbəbdən İntizam Hüseynov əsəbiləşərək qayınanasıgilə gəlib və həyat yoldaşının ondan boşanmasına etiraz edib. O, əvvəlcə qayınanasına, daha sonra həyat yoldaşına bir neçə bıçaq zərbəsi vurub. Mərhum Sədaqət İbadullayevanın bacısının sözlərinə görə, İntizam bir neçə dəfə onlara gələrək ailələrini öldürməklə hədələyib. Qeyd edək ki, Mahizər Hüseynova İintizam Hüseynovun əmisi qızıdır.Onların birgə nikahdan 5 və 4 yaşlarında 2 azyaşlı övladları var. Həmçinin İntizam Hüseynov mərhum qaynanası ilə qonşuluqda yaşayıb. Xəsarət alan Mahizər Hüseynova şəmkir rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Əməliyyat olunub.Vəziyyətinin orta ağır olduğu bildirilib.

APA TV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

10 − eight =