Əmtəə bazarlarında qızıl və gümüşün bahalaşması davam edir
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,48% artaraq, 1 866,2 ABŞ dollarına bərabər olub.
Bu barədə “APA-Economics” birja məlumatlarına istinadən xəbər verir.
Məlumata görə, COMEX-də gümüşün bir unsiyasının qiyməti 0,86% artaraq, 22,29 dollar təşkil edib.
Apa.az