Ən-Nuxalə: Hacı Qasim hər zaman bir komandir kimi aramızdadır

Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad Ən-Nuxalə deyib: Hacı Qasim hər zaman bir komandan və nümunə kimi aramızdadır.
O, İranın Livandakı səfirinin iştirakı ilə zəfər komandirlərinin şəhadətinin ildönümü münasibətilə keçirilən müqavimət qrupları və Hizbullah baş katiblərinin konfransında əlavə edib: Bu, bizim hisslərimizin şərəf və müqavimətlə birləşdiyi andır.
Ən-Nuxalə davam etdi: Bu gün biz sionistlərin planlarına qarşı müqavimət göstərmək, şəhid Süleymani və bu məktəbin digər şəhidlərinin yolunu davam etdirməkdə sədaqət və bağlılığımızı bəyan etmək üçün toplaşmışıq.
O, Süleymaninin Fələstin və Qüds adı altında İslam ümmətinin birliyinə inandığını vurğulayıb.
Ən-Nuxalə sözlərinə görə, Şəhid Süleymani Fələstin müqavimətini 20 ildir ki, müqavimət imkanlarını təzahür etdirmək baxımından indiki səviyyəyə çatana qədər dəstəkləyib.