Ənsarullah: Amerika bir gün də Yəmən xalqı haqqında düşünməyib

Ənsarullah: Amerika bir gün də Yəmən xalqı haqqında düşünməyib

Yəmənin Ənsarullah Hərəkatının siyasi ofisi bəyanat yayaraq, ABŞ səfirinin Yəmənin şərqindəki Həzrəmovt vilayətinə səfərini kəskin şəkildə pisləyib.

Yəmənin Ənsarullah Hərəkatının siyasi ofisi bu gün (çərşənbə günü) bəyanat yayaraq, ABŞ-ın Yəməndəki qeyri-rezident səfiri Stiven Faqinin Yəmənin şərqindəki Həzrəmovt vilayətinə səfərini kəskin şəkildə pisləyib.

Əl-Məsirə kanalının saytının məlumatına görə, Yəmənin Ənsarullah hərəkatının bəyanatında deyilir ki, bu səfər Yəmənin sabitlik, təhlükəsizlik və bütövlüyünü pozmaq məqsədilə həyata keçirilmiş təcavüzkar bir hərəkət hesab olunur.

Ənsarullah vurğulayıb: “Amerika kimi Yəmənə qarşı təcavüzü dəstəkləyən bir hökumət Yəmən xalqının mənafeyini bir gün belə düşünə bilməz. Yəmən xalqı Amerikanın Yəməndəki açıq və ya gizli fəaliyyətini qəti şəkildə qəbul etmir.”

Bəyanatda əlavə olunur: “Amerika xalqımızın hər hansı qəyyumluqdan uzaq müstəqilliyə nail olmaq üçün qanuni hüququna tabe olmalı, təcavüzə son qoymalı, blokadanı götürməli və xarici müdaxiləni dayandırmalıdır.”

Bir neçə saat əvvəl Yəmənin Sənada yerləşən Milli Qurtuluş hökumətinin xarici işlər nazirinin müavini Hüseyn Əl-Əzi də öz Twitter səhifəsində yazıb: “Vaşinqton xalqlara qarşı düşmənçilik siyasətini islah etməli və hücuma məruz qalan ölkəmizin  və millətimizin hüquqlarına, idarəçiliyini və resurslarını tamamilə hörmətlə yanaşmalı və davranışını bu prinsiplər əsasında dəyişdirməlidir.”

Yəmənin Ali Siyasi Şurasının rəhbəri Mehdi Əl-Məşat bazar ertəsi günü bu ölkədə atəşkəs vəziyyətinin saatlı bomba kimi olduğunu deyərkən Amerika səfirinin neftlə zəngin Həzrəmovt vilayətinə müdaxilə səfəri baş verir.

O, əlavə edib: “Amerika nümayəndəsi mediada özünü sülh göyərçinləri kimi təqdim etməyə çalışır, lakin onun bölgədəki hərəkətləri onun bədbin bayquş olduğunu göstərir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × four =