Ənsarullah: Humanitar məsələlər siyasi və hərbi məsələlərdən fərqləndirilməlidir
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Yəmən Ənsarullah hərəkatının sözçüsü və Səna hökumətinin danışıqlar qrupunun rəhbəri Məhəmməd Əbdüs-Salam Yəmən müharibəsinin başlamasının altıncı ildönümü ərəfəsində öz Twitter səhifəsində Yəmənin mühasirəsinə ən qısa zamanda son qoyulmasının lazım olduğunu yazıb.
Əbdüs-Salam bildirib ki, müharibənin yeddinci ilinin başlanması ərəfəsində təcavüzkar ölkələr hücumları dayandıraraq Yəmənin mühasirəsinə tamamilə son qoymalıdırlar.
O, həmçinin əlavə edib ki, Səna Hava limanı və Əl-Hudeyda limanının yenidən açılması kimi bir insan haqqının siyasi və hərbi məsələlərdən fərqləndirilməsi lazımdır.
Xatırladaq ki bu açıqlamalar Yəmən müharibəsinin yeddinci ilinə qədəm qoyduğu bir dönəmə təsadüf edir. Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yahya Səri bazar günü Səudiyyə qırıcılarının son altı ildə Yəməni 260.000 dəfədən çox bombaladığını söyləyib.