Ənsarullah lideri: Barışığın yolu bəllidir: Təcavüz, mühasirə və işğala son qoyun!

Ənsarullah lideri: Barışığın yolu bəllidir: Təcavüz, mühasirə və işğala son qoyun!

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Ənsarullah hərəkatının lideri və Yəmən inqilabının mənəvi lideri Seyyid Abdul Məlik Bədruddin əl-Hüsi, ölkəsinə qarşı ABŞ-Səudiyyə müharibəsinin başlamasının yeddinci ildönümündə çıxış edib.

Seyyid Abdul Məlik çıxışının əvvəlində düşmən təcavüzünə qarşı göstərdikləri müqavimətə və sabitqədəmliyə görə xalqa təşəkkür edib.

Ənsarullah lideri deyib: “Altı il öncə gecəykən başlanan bu müharibə yarandığı gündən bəri təcavüz, cinayət və xəyanətlə dolu olub. Yəmənlə bu pis qonşusu arasındakı mövcud vəziyyət əvvəlki razılaşmalara və sülh vəziyyətinə uyğun idi və Yəmən tərəfindən BƏƏ-nin Yəmənə qarşı təcavüzdə iştirak etməsinə haqq verməsi üçün heç bir addım atılmamışdı. Bu təcavüzün əsası yalnız cinayətdir.”

Əl-Hüsi qeyd edib ki, İsrail, ABŞ və İngiltərə təcavüzün maliyyə xərclərindən və arzuolunmaz nəticələrindən qaçmaq üçün bu cinayətin icrasını Səudiyyə Ərəbistanı və BƏƏ-ə həvalə ediblər.

Yəmən inqilabının lideri həmçinin bildirib ki, “sülhün yolu bəllidir;  təcavüzü dayandırın, mühasirəni qaldırın və Yəmənin bütün vilayətlərində işğala son qoyun”.

Seyyid Abdul Məlik əl-Hüsi belə əlavə edib: “Biz sülhə hazırıq, ancaq millətin azadlığı, müstəqilliyi, kimliyi və qanuni hüquqları ilə müamilə edilə bilməz”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen − five =