“Ənsarullah” lideri də başsağlığı verdi

“Ənsarullah” lideri də başsağlığı verdi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Yəmənin Ənsarullahının baş katibi Seyyid Əbdülməlik Bədruddin əl-Hüsi, Fələstin Azadlıq Xalq Cəbhəsinin baş katibi Əhməd Cəbrayılın vəfatı ilə əlaqədar başsağlığı verib.

Seyid Əbdülməlik Əl-Hüsi bu başsağlığı mesajında deyib: “Mərhum Cəbrayılın ailəsinə və Xalq Cəbhəsinə, Müqavimətə və Fələstin xalqına, Ərəb ümmətinə və İslam ümmətinə başsağlığı veririk.”

Yəmən Ənsarullah hərəkatının baş katibi belə əlavə edib: “Mərhum Əhməd Cəbrayıl müqavimət tarixində öz sədaqət və fədakarlığı ilə qəsbkar sionist rejiminə qarşı böyük divar yaradan müqavimətin bir mühüm siması idi.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen − two =