Ənsarullah lideri inqilabın il dönümündə çıxış etdi

Ənsarullah lideri inqilabın il dönümündə çıxış etdi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Yəmən Ənsarullah Hərəkatının baş katibi Əbdül Məlik Bədruddin əl-Husi, 21 Sentyabr inqilabının yeddinci ildönümü ilə əlaqədar Yəmən xalqına müraciət edərək deyib: “İnqilabın ildönümü münasibətilə xalqımızı təbrik edirəm. İnqilabın ildönümü çox vacibdir, çünki bu böyük bir uğurdur. Xalqımızın bu gününə və gələcəyinə təsiri çox önəmlidir.”

Ənsarullah Hərəkatının baş katibi deyib: “Ölkəmizdə bundan əvvəlki vəziyyət bizə inqilabın qaçılmaz olduğunu anlatdı və xalqımız bunu realllığa söykənərək həyata keçirdi. Ölkəmizin müstəqilliyinə siyasi qüvvələrin etinasızlığı fəlakətli nəticələr verdi və Yəmənin tamamilə çökməsinə və işğalına səbəb oldu. Belə ki, ABŞ səfiri ölkəyə nəzarət edirdi və Vaşinqton səfirliyi açıq şəkildə prezidenti əvəz edirdi.”

O, sözünə belə davam edib: “İnqilabdan əvvəl iqtisadi vəziyyətin çökməsi, ölkəyə tətbiq olunan sanksiyalardan və ya təbii sərvətlərinin nəzarətdən çıxmasından qaynaqlanmırdı. Əksinə beynəlxalq ictimaiyyət keçmiş rejimi dəstəkləyir və ona maliyyə yardımı edirdi. Ancaq bununla belə Yəməndə ağır iqtisadi böhranlar yaşanırdı. Yəməndə inqilabdan əvvəl təhlükəsizlik vəziyyəti partlayışlar, sui -qəsdlər və təkfirçi ünsürlərin yayılması səbəbindən böhran vəziyyətində idi. Kütləvi informasiya vasitələrinin vəziyyəti və ictimai-mədəni proseslər sosial quruluşun dağılmasına və böhranların daha da şiddətlənməsinə kömək edəcək istiqamətdə hərəkət edirdi.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × four =