Ənsarullah Maribdə strateji Tadavin bazasını azad etdi
Yəmən ordusu və inqilabi xalq komitələri (Ənsarullah) strateji əhəmiyyətli Tadavin bazasını azad etməyə müvəffəq olublar.
Deyerler.org Ansarollah-a istinadən xəbər verir ki, baza Səudiyyə rejiminin koalisiyasının Məaribdəki əsas qərargahı idi.
Yəmən ordusu və inqilabi xalq komitələri son günlərdə strateji Məarib şəhərinin cənub, şimal və qərb cəbhələrində irəliləyərək, istefa verərək qaçmış xain eks-prezident Mansur Hadini qüvvələrini sıxışdırmaqdadır.
Livanın Əl-Əxbar qəzeti, Səna qüvvələrinin Məaribin cənub cəbhəsində yaxşı bir irəliləyiş əldə edə bildiklərini və qarşıdurmanı Məarib səddi yaxınlığındakı bölgələrə köçürdüklərini bildirib. Yəmən ordusu və Ənsarullah hər gün şəhər ətrafında yerləşən BƏƏ-Səudiyyə rejiminin koalisiyasının düşərgələrini raketlərlə də hədəfə alır.
Qəzetin yazdığına görə, xain Hadi qüvvələrinin vilayətin mərkəzində yeni müdafiə xəttləri qura bilməməsinə baxmayaraq, BƏƏ Qərb Sahilində (Hudeyda) fəaliyyətə başlayıb və dörd hərbi diviziyanı Məaribdə döyüşmək üçün göndərib.
Məarib qəbiləsindən olan bir mənbə Livanın Əl-Əxbar qəzetinə açıqlamasında bunları deyib: “Ordu və inqilabi xalq komitələri, şəhərin cənubundakı üç oxda Hadi qüvvələri ilə şiddətli şəkildə vuruşur. Bunlar qəbilələr və ideoloji ünsürlər tərəfindən dəstəklənənlər və Cəbəl Murad bölgəsinin oxunda irəliləməyi bacaran qüvvələrdir.
Sözügedən mənbənin bildirdiyinə görə, Yəmən qüvvələri strateji Əl-Haid bölgəsini keçərək Nəcdül-Məcmaə və Rahum cəbhələri boyunca irəliləməyi bacarıblar. Qüvvələr, həmçinin Vadi Malhdan Ablah aşırımına qədər geniş əraziləri və Cəbəl Murad ilə Məarib arasındakı bölgələri azad ediblər.
Mənbə deyir ki, Yəmən qüvvələri irəlilədikcə Səudiyyə rejimi-BƏƏ koalisiyasının döyüş təyyarələri Məaribin şimalındakı bölgələri bombalayıb. Bu hücumlara baxmayaraq, ordu qüvvələri ilə xalq komitələri Qorne Xarfan və Əl-Mill bölgələrini azad etməyi bacarıb.
Ordu qüvvələri və Ənsarullah istefa vermiş Hadi rejiminə məxsus Tadavin bazası yaxınlığındakı hava hücumundan müdafiə düşərgəsini azad etməyi bacarıb. Baza Səudiyyə rejiminin işğalçı koalisiyasının Məarib əyalətindəki qərargahı idi.
Hadi və Səudiyyə rejiminin koalisiyasına bağlı mənbələr bir-birlərini Məaribi müdafiə etməməkdə günahlandırırlar. Koalisiya Hadi rejiminin Yəmən Milli Qurtuluş Hökümətinin qüvvələrinə qoşulan yüzlərlə əsgər və zabitin getməsinə səbəb olduğunu söyləyir.
Səudiyyə rejimi-BƏƏ koalisiyası son altı ildə Mənsur Hadini yenidən hakimiyyətə gətirmək üçün Yəmən xalqına qarşı geniş miqyaslı müharibə aparır, lakin buna nail ola bilməyiblər.