Ənsarullah Rəhbəri: Düşmən Sənanı işğal etmək üçün böyük hərbi hücumlar hazırlamışdı

Ənsarullah Rəhbəri: Düşmən Sənanı işğal etmək üçün böyük hərbi hücumlar hazırlamışdı

Yəmənin Ənsarullah hərəkatının lideri Səudiyyə təcavüzkar koalisiyasının Sənanın kütləvi bombalanması və işğalına hazırlaşdığını vurğulayıb.

Yəmənin Ənsarullah hərəkatının lideri Seyid Əbdülməlik Bədruddin Əl-Husi deyib ki, Yəmən xalqı təcavüzkar koalisiyaya qarşı mübarizədə müxtəlif vilayətlərdən olan qaçqınları qəbul edən Sənaya arxalanıb.

O, Səna xalqı qarşısında çıxış edərək, bu gün Sənanın hər zamankındən daha güclü olduğunu və Səudiyyə koalisiyasının Sənanı geniş şəkildə bombalamağa və orada ən iyrənc cinayətləri törətməyə çalışdığını, Sənaya qarşı beynəlxalq səviyyədə qadağan olunmuş silahlardan istifadə etmək istədiyini bildirib.

Əl-Husi düşmənlərin Sənanı işğal etmək üçün böyük hərbi hücumlar hazırladıqlarını və xəyali məqsədlərinə çatmaq üçün milyardlarla dollar ayırdıqlarını və Sənanı işğal etmək üçün əllərindən gələni etdiklərini deyib.

Amma sonda onlar başa düşdülər ki, “Sən demə, səna uzaqdadır və Ər-Riyad daha yaxındır.”

Əl-Məsirə-nin məlumatına görə, Yəmən Ənsarullah lideri düşmənlərin fitnələrindən birinin Sənanı daxildən devirmək olduğunu və ötən dekabrda baş vermiş fitnənin də Allahın köməyi ilə yatırıldığını bildirib.

O, həmçinin Səudiyyə təcavüzkar koalisiyasının Yəmən vətəndaşlarını təhlükəsizlik əməliyyatları və bomba yüklü avtomobillərdə hədəfə almaq üçün Sənada partlayışlar törətmək planlarına toxunaraq, bu sui-qəsdlərin çoxunun Allahın köməyi ilə uğursuzluğa düçar olduğunu bildirib.

Yəmənin Ənsarullah lideri bildirib ki, düşmənlər iqtisadi təzyiq və yoxsullaşma yolu ilə xalqı xaosa və vətəndaş müharibəsinə sürükləyəcəklər, lakin xüsusilə Sənada ictimai məlumatlılıq səviyyəsi düşmənləri şoka salıb.

O, əlavə etdi: “Yəmənə qarşı müharibəni iki həftə və ya iki aya bitirmək ümidində olan düşmənlərimiz indi səkkizinci ilə qədəm qoydular və millətimiz Uca Allaha təvəkkül etdiyi üçün qalib oldu, lakin onlar ABŞ-a və sionist rejimə arxalandıqları üçün ümidsizliyə düçar oldular.”

Əl-Husi vurğulayıb: Yəmən xalqı heç kimə hücum etməyib, Yəmənə qarşı təcavüzün davam etdirilməsi faydasızdır və düşmənlər heç vaxt öz məqsədlərinə çatmayacaqlar.

O, yumşaq müharibəyə qarşı çıxmaq və vətəndaşlarla təhlükəsizlik qurumları arasında təhlükəsizlik sahəsində əməkdaşlığın səviyyəsini yüksəltmək üçün ictimai və rəsmi əməkdaşlığın zəruriliyini vurğulayıb.

Ənsarullahın rəhbəri vurğulayıb: Biz heç vaxt diz çökməyəcək və təslim olmayacağıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two + 12 =