Ənsarullah Rəhbəri: Sionistlərin aşkarcasına məqsədi Məscidül-Əqsanı dağıtmaqdır

Ənsarullah Rəhbəri: Sionistlərin aşkarcasına məqsədi Məscidül-Əqsanı dağıtmaqdır

Yəmənin Ənsarullah hərəkatının lideri vurğulayıb ki, sionistlərin Məscidül-Əqsaya hücumu Məscidül-Əqsanı dağıtmaq kimi ictimai məqsədlərinə çatmaq üçün ilkin tədbirdir.

Zimar qəbilələrinə ev sahibliyi edən Yəmənin Ənsarullah hərəkatının lideri Seyid Əbdülməlik Bədruddin Əl-Husi ölkə tarixində bu tayfaların rolunu yüksək qiymətləndirib.

 “Əl-Məsirə” xəbər kanalı Əl-Husiyə istinadən məlumat yayıb ki,

Zəmar əyalətinin bütün şəhərlərində təhlükəsizlik hökm sürməlidir və ümid edirik ki, əyalət sakinləri milli səviyyədə mühüm və həlledici rol oynayacaqlar.

O, işğal altındakı Qüdsdə keçirilən qondarma sionist “bayraq yürüşü” haqda da danışıb: “Yəhudi sionistlərinin Məscidül-Əqsaya hücumları təxribat xarakterli olub və bütün müsəlmanlara mesaj göndərib. Yəhudi sionizmi təhlükəsi bütün müsəlmanlar üçün təhlükədir və İslam ümmətinin müqəddəs məsələlərini hədəf alır.”

Ənsarullah lideri sözlərinə davam edib: “Yürüş onların Məscidül-Əqsanı dağıtmaq kimi ictimai məqsədlərinə çatmaq üçün ilkin tədbirdir. Ciddi şəkildə bildirdik ki, biz Seyid Həsən Nəsrullahın elan etdiyi mübarizənin bir parçasıyıq. Əgər İslam ümməti Fələstin və Əl-Əqsa ilə bağlı səhlənkarlıq etsə, bu, düşmənin sui-qəsdlərə başlamasına şərait yaratmaq deməkdir. Yəhudi lobbisinin də müsəlman ümmətini hədəfə almaq planları var.”

Səudiyyə Ərəbistanı və BƏƏ ikiüzlülüyün bayraqdarıdır

Əl-Husi çıxışının başqa bir hissəsində bəzi ölkələrin sionist rejimlə əlaqələrini normallaşdırmasına da toxunub:

“Səudiyyə Ərəbistanı və BƏƏ bu gün münafiqliyin bayraqdarıdır. Yəmənin işğalı həm də İsrail düşməninə bütün maneələri və problemləri aradan qaldırmaq üçün güc vermək məqsədi daşıyır.”

Əl-Husi Müsəlman qaynaqları və obyektləri üzərində tam və birbaşa nəzarətin ABŞ və İsrailin hədəfi olduğunu vurğulayıb və deyib:

“Sionist cinayətkarları din adı altında Ər-Riyad və BƏƏ-də qonaq edirlər. Normallaşdırma sazişini imzalayanlar sionistlərlə müttəfiq olduqları halda, Fələstin mücahidləri ilə düşmənçilik edirlər.”

Ənsarül-İslam lideri İsrail düşməninin Yəmənə birbaşa hücum etməyə cəsarət etmədiyini və bunu etməkdə daha aciz olduğunu qeyd edərək, bunu təhlükəli avantüra adlandırıb: “Əgər dil fərqi olmasaydı, Səudiyyə-BƏƏ mediasının  İsrail mediasından heç bir fərqi olmazdı.”

Əl-Husi daha sonra Həzrəməvt, Əl-Mohrə və Ədəndəki ABŞ və Britaniya bazalarına toxunaraq deyib:

 “ABŞ və İsrail maddi itkilər və insan itkiləri vermək istəmir, əksinə, axmaq ikiüzlüləri müharibəyə sövq edir. Münafiqlər Amerika bazasının mühafizəçiləri kimi çalışırlar.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

7 + 1 =