Ənsarullah rəsmisi: Yəmən xalqı Fələstini müdafiə etməyə hazırdır

Ənsarullah rəsmisi: Yəmən xalqı Fələstini müdafiə etməyə hazırdır

Yəmənin Ənsarullah Hərəkatının siyasi ofisinin üzvü vurğulayıb: Sionist rejim bilməlidir ki, Yəmən xalqı Fələstini müdafiə etməyə hazırdır.

Yəmənin Ənsarullah hərəkatının siyasi bürosunun üzvü “Əli Эl-Qahum” bu ölkənin silahlı qüvvələrinin hərbi paradını Yəmənin düşmənlərinə mesaj adlandırıb.

Əl-Qahum Əl-Məyadin xəbər kanalına bildirib ki, bu parad Yəmən qüvvələrinin hələ də ən böyük güc və qabiliyyətə malik olmasının mesajıdır.

O, təcavüzkar koalisiyanın Yəməninöz hərbi imkanlarını zəiflətməyə ümid etdiklərini və bu hesablamaların uğursuzluğunu son hərbi paradın sübut etdiyini vurğulayıb.

Hərbi paradın mesajının sülh və eyni zamanda hazırlıq olduğuna işarə edən Əl-Qahum, Fələstin məsələsi sahəsində heç bir nöqsan olmadığına diqqət çəkib. İsrail bilməlidir ki, Yəmən xalqı Fələstini müdafiə etməyə hazırdır.

O, sionist rejimin tənliyin dəyişdiyini bilməli olduğunu vurğulayaraq, aydınlaşdırıb: Yəmən İsraillə qarşıdurmada müqavimət oxunun mərkəzindədir. Yəmən ordusunda da güc elementləri var.

Ənsarullah üzvü Yəmən ordusu və xalqının haqqını Amerika və Səudiyyə Ərəbistanından alacağını bəyan edib və sonda vurğulayıb ki, Yəməndə atəşkəs uzadılacağı təqdirdə koalisiya ölkələri onun bütün bəndlərinə əməl etməlidir.

Dünən (çərşənbə) 21 sentyabr 2014-cü il inqilabının 8-ci ildönümü münasibətilə Sənanın Əl-Səbain meydanında Yəmən silahlı qüvvələrinin möhtəşəm paradı keçirilib. Bu mərasimdə hər cür strateji ballistik və qanadlı raketlər, pilotsuz təyyarələr, yer-hava raketləri və dəniz raketləri nümayiş etdirilib.

Paradda nümayiş etdirilən raketlər arasında “Hatəm”, “Fələq”, “Heydər”, “Əl-Bəhrul-Əhmər”, “Merac” və “Qüds 3” raketləri də var.

Bu yürüş iştirakçıları əllərində Yəmən Ənsarullah hərəkatının liderlərinin şəkilləri olan plakatlar tutmuş və təcavüzkar koalisiyanı pisləyən şüarlar səsləndirmişlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 − nine =