Ənsarullah: Səudiyyə Ərəbistanı və BƏƏ-nin Yəməndəki siyasəti İsrailin mövqeyinə uyğundur

Ənsarullah: Səudiyyə Ərəbistanı və BƏƏ-nin Yəməndəki siyasəti İsrailin mövqeyinə uyğundur

Yəmənin Ənsarullah Baş katibi deyib: Sionist rejimin BƏƏ-yə səfəri Səudiyyə və BƏƏ-nin Yəməndəki siyasətlərinin İsrailin mövqeyi ilə uyğunluğunu göstərir.

Əbdül Malik Əl-Husi deyib ki, ABŞ və İsrail müsəlmanların əsas düşmənləridir və öz məqsədlərinə çatmaq üçün müsəlman ümmətində təfriqə salırlar.

Press TV-nin məlumatına görə, Ənsar əl-Yəmənin Baş katibi “Səudiyyə Ərəbistanı və BƏƏ-nin Yəməndəki siyasəti İsrailin mövqeyinə uyğundur” deyib. Bu iddiaya səbəb İsrail Prezidentinin BƏƏ-yə son səfəridir.

O, əlavə edib ki, Səudiyyə Ərəbistanı İsrail nümayəndə heyətini daşıyan təyyarənin Səudiyyə Ərəbistanı üzərində uçmasına icazə verib, lakin yəmənlilərin onların hava məkanından istifadəsinə mane olub. İsrail və onun havadarları Yəmən xalqını özlərinin müştərək düşməni hesab edir.

Ənsarullah Səudiyyə koalisiyasının Yəmənin şimalında bir zindana hava hücumunu pisləyib və bunu Yəmən xalqını qətlə yetirmək məqsədi daşıyan planlı bir hərəkət adlandırıb. Səudiyyə koalisiya qüvvələri həbsxananı bombalayıb, halbuki, BMT və digər beynəlxalq təşkilatlar həbsxananın yerləşdiyi yerdən xəbərdar olub.

Məhəmməd Əli əl-Husi əlavə etdi: BƏƏ müttəfiqlərinin bu ölkəni dəstəkləmək gücü olsaydı, Səudiyyə Ərəbistanına dəstək verərdilər və ya bəlkə Əbu-Dabinin pul vahidi Ər-Riyadın pul vahidindən fərqlidir. Onların psixoloji müharibəsi ürək bulandıracaq dərəcədə gülməlidir.

 Məhz təcavüzkar ölkələr, o cümlədən ABŞ, İngiltərə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və onların müttəfiqləri Yəmənin raket və pilotsuz təyyarələrinin dəf edildiyini elan etdikdə, guya vətəndaşların yaralanması faktını pisləyirlər. Raketlərin və pilotsuz təyyarələrin vurulduğunu elan etdikdə, inkişaf etmiş müdafiə silahları axtarırlar. Bu axtarışın səbəbi nədir?

Bir ildən artıqdır ki, BƏƏ Vaşinqtonda ABŞ-ın vasitəçiliyi ilə “İbrahim müqaviləsi” kimi tanınan sionist rejimlə münasibətlərin normallaşdırılmasına dair saziş imzalayıb. Bazar günü sionist rejimin başçısı Fars körfəzi ölkələri ilə əlaqələri gücləndirmək üçün BƏƏ-yə ilk rəsmi səfərini edərək Əbu-Dabiyə gəlib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − 7 =