Ənsarullah: Səudiyyə koalisiyasını atəşkəsə məcbur edən bizim hücumlarımız oldu
Yəmənin Ənsarullah hərəkatının siyasi şurasının üzvü Səudiyyə Ərəbistanının dərinliklərində həyata keçirilən son əməliyyatlardan sonra Səudiyyə təcavüzkar koalisiyasının BMT-yə müraciət etdiyini açıqlayıb.
Yəmənin Ənsarullah hərəkatının siyasi şurasının üzvü Məhəmməd Əl-Bəxiti cümə günü axşam mediaya verdiyi müsahibədə Səudiyyə koalisiyasının Yəməndə iki aylıq atəşkəs tələb etməsinin səbəblərini açıqlayıb.
“Əl-Məyadin” saytı Əl-Bəxitidən sitat gətirib:
Birləşmiş Millətlər Təşkilatı tərəfindən atəşkəs elan edilməmişdən əvvəl və bu yaxınlarda [Yəmən qüvvələrinin] Səudiyyə Ərəbistanının strateji obyektlərinə hücumundan sonra bu təşkilat vasitəsilə Səna ilə Səudiyyə koalisiyası arasında müzakirələr aparılıb.”
“Bu atəşkəs təcavüzkar koalisiya ölkələri üçün davamlı və hərtərəfli sülhə nail olmaq məsələsində öz hesablamalarına yenidən nəzərdən keçirmək fürsətidir.” – deyə, Əl-Bəxiti izah edib.
Ənsarullah Siyasi Şurasının üzvü Yəmən qüvvələrinin Səudiyyə Ərəbistanındakı son əməliyyatlarından sonra BMT-nin vasitəçiliyi ilə Səna ilə Səudiyyə Ərəbistanının koalisiya arasında təmasların qurulmasını təkrarlayaraq əlavə edib:
Bu təmaslar davam edir və atəşkəs davamlı sülh üçün dəyərli fürsət olacaq.”
“Biz təcavüzkar və düşmən ölkələrin sədaqətinə və dürüstlüyünə etibar edə bilmərik, lakin atəşkəs bu dəfə fərqlidir, çünki o, bizim son hücumlarımızdan sonra baş verib.” – deyə, Əl-Bəxiti sözlərini yekunlaşdırıb.