Ənsarullah Səudiyyə rejiminə məxsus vurulmuş PUA-nın qalıqlarını göstərdi
Yəmən ordusu və inqilabi xalq komitələri (Ənsarullah) dünən (22 dekabr) ölkənin Məarib vilayətinin hava məkanında Səudiyyə rejiminin rəhbərlik etdiyi koalisiyaya aid Çin istehsalı olan CH 4 pilotsuz döyüş təyyarəsini vuraraq yerə salıb.
Deyerler.org Ansarollah-a istinadən xəbər verir ki, sözügedən PUA Məarib vilayətindəki Məğdal bölgəsinin hava məkanında düşmən hərəkətləri edərkən vuulub. PUA-nın vurulmasına dair görüntülərdə təyyarənin yer-hava raketi ilə vurulduqdan sonra yerdə səpələnmiş dağıntıları göstərilib.
Xatırladaq ki, 3500-5000 km hündürlükdə uçmaq qabiliyyətinə malik CH 4 döyüş PUA-sı havada 30-40 saat qala bilir. 6 raket daşıma gücünə malik PUA, 250-345 kq. yük qaldıra bilir. Maksmum çəkisi 1350 kq olan PUA-nın qanadlararası uzunluğu 18 metrdir. Çin istehsalı olan CH 4 döyüş PUA-sı ABŞ-ın MQ-1 Predator PUA-sı ilə eyni gücə malikdir.
Onu da qeyd edək ki, bu Ənsarullah tərəfindən vurulan bu tip beşinci PUA-dır.