Ənsarullah sionist rejimlə qarşıdurmada müqaviməti dəstəkləməyə təkid edib
Yəmən Ənsarullah hərəkatının siyasi ofisi sionist rejimin fələstinli məhbus Şeyx “Xızır Ədnanın” bu rejimin həbsxanalarında şəhid edilməsi cinayətini pisləyib.
Yəmənin Ənsarullah Hərəkatının siyasi ofisi Fələstin İslami Cihad Hərəkatının yüksək vəzifəli üzvlərindən olan Şeyx Xızır Ədnanın sionist rejim həbsxanalarında şəhadətini pisləyərkən, sionist rejimə qarşı müqaviməti dəstəkləməyə təkid edib.
Ənsarullah Şeyx Xızır Ədnanın mövqeləri və onun işğal rejiminin həbsxanasındakı səbir və şücaətini yüksək qiymətləndirərək, Ədnanın şəhadətinə görə sionist düşmənin tamamilə məsuliyyət daşıdığını vurğulayıb.
“Əl-Məsirə” saytının məlumatına görə, Ənsarullah həmçinin sionist düşmənin fələstinli məhbuslara qarşı cinayətləri ilə mübarizə üçün bütün müqavimət variantlarını tam dəstəklədiyini vurğulayıb və beynəlxalq ictimaiyyəti və insan haqları təşkilatlarını bu rejimin Fələstin xalqına qarşı törətdiyi cinayətləri barədə məsuliyyətlərini yerinə yetirməyə çağırıb.
44 yaşlı Xızır Ədnan Fələstin İslami Cihad hərəkatının yüksək səviyyəli üzvlərindən biri olub və işğalçı qüvvələrin qanunsuz saxlamasına etiraz olaraq aclıq aksiyasına başlayıb.
Fələstin müqaviməti onun fiziki vəziyyətinin pisləşməsi ilə bağlı işğalçılara dəfələrlə xəbərdarlıq etmişdi. O, ötən həftə fiziki vəziyyəti pisləşdiyi üçün xəstəxanaya aparılıb.
Amma sionist rejim heç bir vəkil, həkim və ya qanuni şəxslərə onunla əlaqə saxlamağa və səhhətinin vəziyyəti barədə məlumat verməyə icazə verməyib. Fələstinli məhbus Xızır Ədnan 86 günlük aclıq aksiyasından sonra nəhayət çərşənbə axşamı dünyasını dəyişdi və şəhid oldu.