Ənsarullah: Sionistlər bilməlidirlər ki, Fələstin tək deyil

Ənsarullah: Sionistlər bilməlidirlər ki, Fələstin tək deyil

Yəmənin “Ənsarullah” siyasi bürosunun üzvü işğalçı rejim əsgərlərinin Cənin düşərgəsinə hücumunu pisləyərkən, bildirib ki, Fələstin və Yəmənin düşməni eynidir və sionistlər bilməlidirlər ki, Fələstin tək deyil.

Yəmənin “Ənsarullah” hərəkatının siyasi ofisinin üzvü Əli Əl-Qahum sionist rejimin Fələstindəki Cənin düşərgəsi əhalisinə qarşı təcavüzünü pisləyib və vurğulayıb ki, fələstinlilər öz mübarizələrində tək deyillər.

“Əl-Məyadin” kanalının saytının xəbərinə görə, Ənsarullahın siyasi ofisinin üzvü dünən gecə (7 mart çərşənbə axşamı) və işğalçı rejim əsgərlərinin Cənində cinayət törətməsindən bir neçə saat sonra tvit yazıb, sionistlərlə qarşıdurmada mücahidlərin şücaətini təqdir edib.

Fələstinli mücahidlərə müraciət edən Əl-Qahum deyib: “Biz sizinləyik və sizin tərəfinizdəyik, problemimiz və məzlumluğumuz eynidir. Düşmənimiz müştərəkdir, sionistlər anlamalıdırlar ki, Fələstin tək deyil.

Ötən gün günorta sionist rejiminin əsgərləri Cənin düşərgəsinə hücum edərək fələstinlilərin evini mühasirəyə almış və fələstinli döyüşçülərlə toqquşmuşlar. Fələstinin Səhiyyə Nazirliyi işğalçıların bu cinayəti nəticəsində 6 nəfərin şəhid olduğunu, 16 nəfərin yaralandığını açıqlayıb.

HƏMAS hərəkatı sionistlərin Cənin düşərgəsində törətdiyi cinayətə cavab olaraq verdiyi bəyanatda vurğulayıb ki, sionistlərin cinayətləri heç vaxt Fələstin xalqını qorxutmur, əksinə, işğalçılar və mühacir silahlı qruplaşmalarla mübarizə əzmini artırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

six − two =