Ənsarullah sözçüsü: Ərəb İttifaqı dəfn olunmalıdır
Sizinyol xarici mediaya istinadən xəbər verir:
Yəmən Ənsarullah hərəkatının sözçüsü Ərəb İttifaqının artıq təsirsiz olduğunu və sionistlər üçün bir ittifaq halına gəldiyini söylədi.
Yəmən Ənsarullah hərəkatının sözçüsü Məhəmməd Əbdüssalam Ərəb İttifaqının BƏƏ-nin Sionist rejimlə uzlaşmasını qınamamasını bu ittifaqın ömrünün sonu kimi qiymətləndirdi və belə bir ittifaqın dəfn edilməli olduğunu vurğuladı.
Əbdüssalam Ərəb İttifaqının onun üçün yaraadılmış olduğu məsələni – Fələstin məsələsini inkar edəcək bir nöqtəyə gəldiyini və bir şey edə bilməsə də heç olmasa prinsipial mövqeyindən daşınmamalı olduğunu bildirdi.
Fələstin uzlaşmanı qınayan bir bəyanat göndərdi, lakin bir nəticəyə gələ bilmədi. Beləliklə, bu birliyin dəfn edilməli olduğuna inanırıq.
Əbdüssəlam daha sonra fələstinliləri Ərəb İttifaqının bundan sonra onları hədəf alan qatil halına gələ biləcəyi barədə xəbərdar etdi.
Təcrübə Ərəb İttifaqının fələstinlilərə qarşı kütləvi həbslər başladacağını və sonra Fələstinə qarşı hərbi müharibəyə keçəcəyini göstərir.
Daha sonra Məscidul-Haramın xətibini həqiqəti müdafiə etmək yerinə, minbərdən yalan dolu çıxışlar etməsi və sionist rejimlə münasibətlərin şəri baxımdan düzgünlüyündən danışmasını qınadı.
Əlavə etdi: “Yəmən xalqı hücumların və mühasirələrin hədəfində olduğu müddətdə müqavimət bitməyəcək.”