Ənsarullah üzvü: Ərəb kompromisçilər şəhid Süleymaninin cihad həyatından dərs almalıdır

Ənsarullah üzvü: Ərəb kompromisçilər şəhid Süleymaninin cihad həyatından dərs almalıdır

Yəmənin Ənsarullah Hərəkatının siyasi şurasının üzvü şəhid Süleymaninin bu ölkə xalqına sarsılmaz dəstəyini təqdir etməklə yanaşı, onun şəhadətinin tiranların və istismarçıların məğlubiyyətinə səbəb olduğunu deyib.

Yəmənin Ənsarullah Hərəkatının Siyasi Şurasının üzvü Hizam Əl-Əsəd çərşənbə axşamı günü vurğulayıb ki, şəhid Hacı Qasım Süleymani təkcə müqavimət oxu üçün deyil, həm də dünyanın bütün azad insanlarına cihad simvolu olub. Onun şəhadətinin müqavimət oxuna böyük təsiri oldu və cihad eşqi milyonlarla insanın qəlbində şücaət və fədakarlığı canlandırdı.

Əl-Əsəd Hacı Qasimin şəhadətinin üçüncü ildönümü münasibətilə Fars Xəbər Agentliyinə verdiyi müsahibədə deyib:

Onun şəhadəti zalımların və istismarçıalrın məğlubiyyətinə səbəb oldu. Xüsusən də, bizim İslam dünyası dünyanın istismarçı ölkələrinin böyük bir fitnəsi ilə üz-üzə idi.

Buna görə də, Şəhid Süleymani müqavimət alovunu yandırdı və zülm və fəsadın kökünü kəsəcək, məzlum xalqlara azadlıq və müstəqillik gətirəcək cihad tufanı başladı.

O, Şəhid Süleymaninin Yəmən xalqına yardımı haqqında da deyib: Yəmən xalqı zülm və təcavüzü aradan qaldırmaq üçün müqavimət göstərir, vuruşur və özünü fəda edir.

Bu xalq müqavimət və səbri İmam Hüseyn (ə), Zeyd, Hüseyn Bədrəddin, Saməd və Qasim Süleymani kimi azadlıq uğrunda canlarından keçən bütün azad şəhidlərin qiyamı ilə nəticələnən Məhəmmədə (s) mənsub İslamdan götürüb.

Bu yəmənli rəsmi qeyd edib ki, Yəmənin azad xalqı şəhid Süleymaniyə yas tutur və onun özlərinə dəstək olmaqdakı səmimi mövqelərini təqdir edir.

O, Yəmən xalqının şəhid Süleymaninin, İslam Respublikası qardaşlığını, o cümlədən Ali Rəhbərin, hökumətin və İran xalqının bu parlaq mövqelərini unutmayacağına işarə edib

Sionist rejimlə güzəştə gedən ərəb ölkələrinə də müraciət edən Əl-Əsəd deyib:

Bölgədəki kompromisçt rejimlərinə mesajımız budur ki, mövqelər xalqların və azad insanların baxış və mövqelərinə əsaslanır ki, onlar da, şərəfli olaraq qalacaq və qələbə qazanacaqlar. Amma sionist-amerikan düşməninə təslim olmaq sizə ancaq tarixə yazılacaq biabırçılıq gətirəcək.

O, sonda diqqətə çatdırıb ki, kompromisə gedənlər milyonlarla insanın beyninə həkk olunmuş, şərəfli mövqeləri ilə şərəf, ləyaqət və şöhrətin ən parlaq səhifələrini qoyan Şəhid Süleymaninin cihad həyatından dərs almalıdırlar. Bu məsələ onu əbədiləşdirəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen + 3 =