Ənsarullahın danışıqların uğursuzluqla nəticələnəcəyi təqdirdə Ər-Riyada xəbərdarlığı

Ənsarullahın danışıqların uğursuzluqla nəticələnəcəyi təqdirdə Ər-Riyada xəbərdarlığı

Yəmənin Ənsarullah hərəkatı Səudiyyə Ərəbistanına xəbərdarlıq edib ki, danışıqlar nəticəsiz qalacağı təqdirdə Yəmənin limanları və hava limanları bağlanacaq.

Mehr xəbər agentliyinin Əl-Məsirəyə istinadən verdiyi məlumata görə, Yəmənin Ənsarullah hərəkatı Səudiyyə Ərəbistanına atəşkəs danışıqlarının nəticəsiz qalacağı təqdirdə liman və hava limanlarını bağlayacağı barədə xəbərdarlıq edib.

Yəmənin Ənsarullah Hərəkatının siyasi ofisinin üzvü Məhəmməd Əl-Fərəh bu mövzuda vurğulayıb: Bəziləri Səudiyyə hökuməti ilə danışıqların nəticəsiz qalacağı təqdirdə yalnız neft quyuları və neft emalı zavodlarının hədəf alınacağını proqnozlaşdırıblar.

O əlavə etdi: Təbii ki, neft emalı zavodlarının hədəflənməsi ilə bağlı heç bir şəkk-şübhə yoxdur, lakin mənim proqnozum budur ki, bu danışıqlar uğursuz olarsa, bütün liman və hava limanlarının fəaliyyəti dayandırılacaq.

Əl-Fərəh deyib: Səudiyyəlilər Amerikanın maraqlarını nəzərə almadan əvvəl Yəmənlə sülh və anlaşmanın əldə edilməsində öz maraqlarına baxmalı və bunu birinci prioritet hesab etməlidirlər.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı və Yəmənin bəzi rəsmiləri arasında Oman hakimiyyətinin nəzarəti altında Sənada keçirilən danışıqlar hər iki tərəfdən yüzlərlə məhbusun azad edilməsinə səbəb olub. Görünən odur ki, Ər-Riyad və Səna arasında danışıqlar yaxın günlərdə bərpa olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen + 5 =