Ənsarullahın yüksək rütbəli üzvü: Görünür, Səudiyyə koalisiyasının sözçüsü İsrail ordusunun sözçüsüdür

Ənsarullahın yüksək rütbəli üzvü: Görünür, Səudiyyə koalisiyasının sözçüsü İsrail ordusunun sözçüsüdür

Yəmənin Ənsarullah hərəkatının siyasi şurasının üzvü deyib: Səudiyyə koalisiyasının sözçüsü Yəmənin müqavimət qrupları ilə münasibətinə o qədər qəzəblənib ki, sanki İsrail ordusunun sözçüsü danışıb.

Səudiyyə koalisiyasının sözçüsü Turki əl-Maliki dünən keçirdiyi mətbuat konfransında Livanlı Hizbullah mütəxəssisinin Səna hökumətinin kəşfiyyat xidmətinin rəhbəri Əbu Əli əl-Həkimə məsləhət verdiyini iddia edən video yayımlayıb.

Yəmənin Ənsarullah hərəkatının yüksək rütbəli üzvü Məhəmməd əl-Bəxiti tvitter hesabında yazıb ki, Səudiyyə koalisiyasının sözçüsü saxta və dublyaj edilmiş videoya istinad edərək Yəmənin Livan müqaviməti ilə əlaqələrini pisləməkdən utanmır.

“Müqavimət yönümlü ölkələrə hücum edərkən Səudiyyə ordusunun sözçünün mövqelərini izləyən hər kəs özünü İsrail ordusu sözçüsünə qulaq asmış kimi hiss edər.” – deyə əl-Bəxiti əlavə edib.

Əl-Baxiti başqa bir tvitində yazıb: “Səudiyyə ordusunun sözçüsünün Livan müqaviməti ilə münasibətimizi sübut etmək üçün saxta videoya ehtiyac yoxdur, çünki biz özümüzü sionist koalisiya ilə mübarizə üçün vahid cəbhə hesab edirik.”

Yəmənin Milli Qurtuluş Hökumətinin informasiya naziri Zeyfullah əş-Şami deyib: “Əgər Hizbullah və İrandan bizə dəstək verən ekspertlərimiz olsaydı, onlarla fəxr edərdik.”

2015-ci ilin martında Yəməni genişmiqyaslı işğal və mühasirəyə başlayan Səudiyyə koalisiyası 6 ildən artıqdır ki, məqsədlərinə nail ola bilməyib. Hücum taktikasından müdafiəyə keçən koalisiya məğlubiyyətlərini ört-basdır etmək üçün daim Yəməndə Hizbullah və İranın varlığından danışırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 + 16 =