Əqsa məscidinin imamı müsəlmanlara çağırış etdi

Əqsa məscidinin imamı müsəlmanlara çağırış etdi

Əqsa məscidinin imamı Şeyx İkrimə Sabiri beynəlxalq Qüds günü ilə bağlı danışıb.

O bu barədə bildirib ki, dünyanın azad insanlarının və müsəlmanların əsas hədəfi Qüdsün azad edilməsi olmalıdır.

“Ərəb və İslam dünyası qəflətdə olduğu üçün bu gün Qüds işğal altında qalıb. Qüdsü hər saat və hər dəqiqə düşünməliyik. Çünki işğal hələ də davam edir”, – deyə Şeyx İkrimə Sabiri diqqətə çatdırıb.

Şeyx İkrimə Sabiri qeyd edib ki, Qüds sadəcə Ramazan ayının son cümə günü yox, ilin bütün günləri diqqətdə olmalıdır.

Eastnews.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × three =