Əqsa məscidinin müdafiəsi üçün çağırış edildi

Əqsa məscidinin müdafiəsi üçün çağırış edildi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, işğal olunmuş Qüdsdəki bayraq yürüşünün ləğv edilməsindən sonra ekstremist yəhudi qrupları cümə axşamı Əl-Əqsa məscidinə kütləvi bir hücuma çağırış etdiyi bir zamanda, Qüdsdəki fələstinli millətçi və aktivist hərəkatlar da Fələstin ictimaiyyətini hamılıqla Məscidül-Əqsaya gəlməyə və sionist işğalçılara qarşı müdafiəyə qalxmağa və bu müqəddəs məkanı işğal etmələrinin qarşısını almağa çağırmışlar.

Fələstinli aktivistlər, cümə axşamı günortadan sonra Bab əl-Amud məntəqəsində geniş bir toplantıya çağırış etmişlər.

Əl-Əqsa Məscidinin rəhbəri Şeyx Ömər əl-Kisvani də “Əl-Ərəbi əl-Cədid” qəzeti ilə müsahibəsində yəhudilərin Əl-Əqsa məscidinə hücum qərarı ilə əlaqədar ciddi xəbərdarlıq edib.

Bu arada, sionist rejimin təhlükəsizlik kabineti çərşənbə axşamı, bayraq yürüşünün keçirilməsi və bunun üçün alternativ yolların yaradılması ilə bağlı iclas keçirmişdir.

Fələstin Məlumat Mərkəzinin verdiyi məlumata görə, bir sıra ekstremist Knesset üzvləri və Likud partiyasının üzvləri də cümə axşamı Məscidül-Əqsaya edilən kütləvi hücumda iştirak etməyə hazır olduqlarını bildirmişlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 + 7 =