Ərəb Dövlətləri Liqasında ixtilaflar artıb, Qətər də sədrliyi öhdəsinə götürməyib
Qətər Əmirliyi Ərəb Dövlətləri Liqasının sədrliyini öhdəsinə götürməyib.
İnterAz SalamNews-a istinadla xəbər verir ki, Fələstin muxtariyyətinin ƏDL-in sədrliyindən imtina etməsindən sonra qurumun daxili nizamnaməsinə əsasən növbə Qətərə çatıb.
Məlumata görə rəsmi Doha da ƏDL-in sədrliyini rədd edib və yalnız gələn ildə bu addımı atacağını bildirib.
Qeyd edək ki, bundan öncə iki ərəb dövlətinin İsraillə saziş imzalaması, məsələnin ƏDL-in gündəminə çıxarılmaması və pislənilməməsinə görə Fələstin Muxtariyyəti liqanın sədrliyindən imtina etmişdi.