Ərəb ekspert: Ər-Riyad Pekin və Moskvanın dəstəyi ilə tədricən Amerikadan uzaqlaşır

Ərəb ekspert: Ər-Riyad Pekin və Moskvanın dəstəyi ilə tədricən Amerikadan uzaqlaşır

Beynəlxalq məsələlər üzrə ərəb eksperti region ölkələri arasında son razılaşmalara və ərəb ölkələrinin Amerikadan üz döndərməsi və məyus olmasına işarə edərək, Ər-Riyadın tədricən Vaşinqtondan uzaqlaşdığını vurğulayıb.

İRNA-nın şənbə günü verdiyi məlumata görə, Süleyman Nimr “Əl-Xalic Online” internet saytına müsahibəsində vurğulayıb ki, regionda son vaxtlar, xüsusilə də, İran və Səudiyyə Ərəbistanı arasında razılaşmadan sonra bəzi açılışlar müşahidə olunub.

O əlavə edib: İlk açılış Səudiyyə Ərəbistanının Yəmən müharibəsindən çıxmasıdır ki, bu da ən çətin və mürəkkəb məsələlərdən biri idi və İran və Səudiyyə Ərəbistanı arasındakı ixtilaflara görə baş verib.

Bu böhranın həllinin çox çətin olduğunu bildirən ekspert bunun Suriya məsələsi də daxil olmaqla, bölgədəki digər böhranların həllinə müsbət təsir göstərdiyini açıqlayıb.

Nimr əlavə edib ki, Tehran və Ər-Riyad arasında münasibətlərin bərpasına dair razılaşma Suriyanın ərəb dünyasına qayıtmasına səbəb olub.

O deyib: Rəsmi olaraq açıqlanmayan ərəb anlaşmalarından biri də son mərhələdə Səudiyyə Ərəbistanının bir sıra Həmas məhbuslarını azad etməsidir ki, bu da Amerikanın qəzəbinə səbəb olub.

Bu ərəb eksperti bəyan edib: Ərəb ölkələrindəki münaqişələrin həlli həm də Livanın siyasi ixtilaflarının həllinə səbəb olacaq və bu ölkədə prezident seçilməsi razılığı Suriya-Səudiyyə-İran-Fransa anlaşmasının kölgəsində baş tutacaq.

Bəhreynin də Qətərlə əlaqələrini bərpa etməli olduğunu bildirərək Manamanın Doha ilə problemini həll etməməsinin qeyri-rasional olduğunu deyib və bunun Fars körfəzi ölkələrinin vəziyyətinə də müsbət təsir edəcəyini vurğulayıb.

Nimr bildirib ki, regional razılaşmaların beynəlxalq dəstək, xüsusilə Rusiya və Çin ilə güclü ərəb və regional anlaşmaların yeni səhifəsini yaradacağı gözlənilir.

Bu ekspert ərəb və regional anlaşmalar nəticəsində regionun Amerikanın nəzarətindən uzaq yeni ərəb siyasətlərinə şahidlik edəcəyini vurğulaiıb.

Bu hesabata görə, İran və Səudiyyə Ərəbistanı arasındakı razılaşmanın ardınca, son vaxtlar Səna ilə Ər-Riyad arasında anlaşmalar aparılıb.

Dünən (cümə) Yəmənin Ənsarullah hərəkatının 125 məhbusunu daşıyan ilk təyyarə Səna hava limanına çatıb və Yəmən Milli Qurtuluş Hökumətinin Əsirlərlə İş üzrə Komitəsinin rəhbəri Əbdülqədir Əl-Mürtəza bildirib ki, bütün məhbusların mübadiləsi davam edir.

Bu gün yəmənli məhbusların ikinci qrupunu daşıyan təyyarə Səudiyyə Ərəbistanının Əbha hava limanından Yəmənin paytaxtı Səna Beynəlxalq Hava Limanına çatıb.

Digər tərəfdən Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi Fars Körfəzi Əməkdaşlıq Şurasına üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi məşvərət toplantısının yekununda verdiyi açıqlamada Suriya və Fələstinin bu toplantının ən mühüm prioriteti olduğunu bildirib və iştirakçılar Məscidül-Əqsaya edilən hücumu pisləyərək Suriyadakı vəziyyətin siyasi həllinə çağırıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × 3 =