Ərəb istifadəçilərin Rəisinin şəhid Hacı Qasım Süleymaninin şəklini nümayiş etdirməsinə reaksiyası-Foto

Ərəb istifadəçilərin Rəisinin şəhid Hacı Qasım Süleymaninin şəklini nümayiş etdirməsinə reaksiyası-Foto

İraqlı bir nümayəndə bu ölkənin baş nazirindən şəhid Əbu Mehdi əl-Mühəndisin Birləşmiş Millətlər Təşkilatında imicini yüksəltməyi xahiş edib.

İran prezidenti Ayətullah Seyid İbrahim Rəisi bu gün Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında şəhid general Qasım Süleymaninin şəklini nümayiş etdirərək deyib:

 “Terrora qarşı bu müharibənin komandiri və qəhrəmanı və İŞİD-i məhv edən general Hac Qasim Süleymani idi. O, bölgə xalqlarının azadlığı yolunda şəhid oldu və ona qarşı terror cinayətin ABŞ-ın keçmiş prezidenti törədib.

İran prezidentinin bu hərəkəti İraq və Livan sosial şəbəkələrində də geniş əks-səda doğurub.

İraq parlamentindəki Əs-Sadiqun fraksiyasının nümayəndəsi “Əhməd Əl-Musəvi” öz Twitter səhifəsində şəhid general Qasım Süleymaninin şəklini İbrahim Rəisinin Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının zalında nümayiş etdirməsinə münasibət bildirib.

O yazıb: “İran prezidenti Birləşmiş Millətlər Təşkilatında şəhid Qasım Süleymaninin şəklini nümayiş etdirdi.

 Görəsən, Əl-Kazemi də eyni şeyi edib İraq şəhidi Əbu Mehdi əl-Mühəndisin şəklini nümayiş etdirəcəkmi, yoxsa, başqalarının nəzərinə tabe olacaq?

İraqın digər nümayəndələrindən Səd əl-Xəzali də Twitter səhifəsində yazıb: “Hər bir ölkə daxili və beynəlxalq dairələrdə öz şəhidləri ilə fəxr edir, biz Seyid İbrahim Rəisinin şəhid Süleymaninin şəklini nümayiş etdirdiyini gördük. Bu, İslam Respublikası xalqının şəhidləri ilə fəxr etdiyini göstərir.”

 “Məhəmməd Həmid” adlı livanlı istifadəçi yazıb: “İran prezidenti İbrahim Rəisi Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında Amerika və onun muzdluları, İslam şəhidi Hacı Qasım Süleymaninin şəklini nümayiş etdirdi və təsdiqlədi ki, İran bu iki şəhidin öldürülməsinə göstəriş verən keçmiş Amerika terrorçu prezidenti mühakimə edəcək.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 4 =