Ərəb Liqası işğalçı rejimin Fələstin xalqına qarşı təcavüzünü pisləyib

Ərəb Liqası işğalçı rejimin Fələstin xalqına qarşı təcavüzünü pisləyib

Ərəb Dövlətləri Liqası sionist rejimin Fələstin xalqına qarşı artan təcavüzünü həmçinin, Balatə düşərgəsində üç fələstinlinin şəhid olmasını pisləyib.

Ərəb Dövlətləri Liqasının Fələstin və İşğal olunmuş Ərəb Torpaqları üzrə Baş katibinin müavini Səid Əbu Əli sionist rejimin Fələstin xalqına qarşı təcavüzünü pisləyərək, işğalçı rejimi bu mütəşəkkil cinayətlərə görə məsul hesab edib.

O, beynəlxalq ictimaiyyəti səssizliyini pozmağa və Fələstin torpaqlarında beynəlxalq dəstək üçün lazımi tədbirlər görməyə çağırıb.

 “Səma” xəbər saytının xəbərinə görə, Əbu Əli beynəlxalq qurumları, xüsusilə də Beynəlxalq Cinayət Məhkəməsini bu ağır cinayətləri törədənlərin mühakimə olunaraq cəzalandırılmağa və bu cinayətlərin və pozuntuların davam etməsinin qarşısını almaq üçün öz məsuliyyətlərini yerinə yetirməyə çağırıb.

Bazar günü (dünən) sionist rejimin ifrat etnik təhlükəsizlik naziri “İtmar Ben Quyer” kabinetdə nazir vəzifəsini tutduqdan sonra ikinci dəfə bir sıra sionist mühacirlərlə birlikdə Əl-Əqsa məscidinin həyətlərinə qanunsuz daxil olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

10 − 10 =