Ərəb Liqası: Suriya təşkilata qayıtmaq üçün bütün tələbləri yerinə yetirməyib
Suriya hakimiyyəti Ərəb Dövlətləri Liqasına qaytarılması üçün lazım olan bütün tələbləri hələ də yerinə yetirməyib.
“Report” “Al-Arabiya” telekanalına istinadən xəbər verir ki, bunu təşkilatın baş katibi Əhməd Əbu əl-Qeyt Əl deyib.
Dəməşqin Ərəb Liqasına üzvlüyü 2011-ci ilin noyabrında Suriyada başlayan daxili böhranın ən qızğın vaxtında dayandırılıb. Ərəb ölkələrinin əksəriyyəti Suriyanın iqtisadi boykotuna qoşulublar.
Bəzi ərəb ölkələri, o cümlədən BƏƏ, Oman və Bəhreyn son illərdə Dəməşqdəki diplomatik nümayəndəliklərini yenidən açsalar da, Suriyanın Ərəb Liqasında bərpası məsələsi üzv ölkələr arasında mübahisə mövzusu olaraq qalır.
Report.az