Ərəb xarici işlər nazirləri Suriyanın Ərəb Liqasına qaytarılması ilə bağlı razılığa gəliblər

Ərəb xarici işlər nazirləri Suriyanın Ərəb Liqasına qaytarılması ilə bağlı razılığa gəliblər

Xəbər mənbələri bildiriblər ki, ərəb ölkələrinin xarici işlər nazirləri bu bazar günü Qahirədə keçirilən görüşdə Suriyanın Ərəb Liqasına qaytarılması ilə bağlı razılığa gəliblər.

İRNA-nın məlumatına görə, Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” kanalı bu gün (bazar günü) deyib: Ərəb xarici işlər nazirləri bu gün Qahirədə keçirilən fövqəladə iclasında Suriyanın Ərəb Liqasına şərti olaraq qaytarılmasına razılaşıblar.

Bu xəbər kanalı əlavə edib: Suriya uzun müddət aradan sonra Qahirədə xarici işlər nazirləri səviyyəsində bu gün (bazar günü) keçirilən Ərəb Liqası Şurasının fövqəladə iclasında Ərəb Liqasının ağuşuna qayıdıb.

Əl-Ərəbiyyə müxbirinin verdiyi məlumata görə, Ərəb Liqasının xarici işlər nazirləri bağlı qapılar arxasında keçirilən məşvərət toplantısında, təxminən 12 il davam edən fasilədən sonra Suriyanın Ərəb Liqasına şərti olaraq qaytarılması barədə razılığa gəliblər.

O, həmçinin bildirib ki, bu qərarın daha sonra dərc olunacaq layihəsində Suriya nümayəndə heyətlərinin bu birliyin iclaslarında iştirakının bu gündən (7 may) bərpa ediləcəyi bildirilir.

Daha əvvəl Ərəb Liqasının sözçüsü “Camal Rüşdi” bildirmişdi ki, bu liqanın xarici işlər nazirləri Dəməşqin üzvlüyünün dayandırılmasının ləğvi ilə bağlı qərar verəcəklər.

O, həmçinin bildirib ki, bu görüşdə ərəb ölkələrinin xarici işlər nazirlərinin Suriyanın Ərəb Liqasına qaytarılması üçün Səudiyyə Ərəbistanı və İordaniyada keçirilən görüşlərinin nəticələri də açıqlanıb.

Ərəb Liqası rəhbərlərinin Ər-Riyadda keçiriləcək növbəti görüşü üçün Dəməşqin də dəvət edilməsi müzakirə olunacaq.

İordaniya, Səudiyyə Ərəbistanı, İraq, Misir və Suriyanın xarici işlər nazirləri keçən həftə qonşu ölkələrdən olan suriyalı qaçqınların geri qaytarılması, Suriya hökumətinin bütün əraziləri üzərində nəzarətini genişləndirmək, narkotik maddələrin qaçaqmalçılığı problemini həll etmək yollarını müzakirə etmək üçün məşvərətçi görüş keçiriblər.

Bu görüş Fars Körfəzi Əməkdaşlıq Şurasının xarici işlər nazirlərinin Suriyanın Ərəb Liqasına qaytarılması məsələsini müzakirə etmək üçün ötən aprel ayının ortalarında Səudiyyə Ərəbistanında keçirdikləri növbəti iclasdan sonra keçirilib. 2011-ci ilin noyabrında Ərəb Liqası Dəməşqin üzvlüyünü dayandırıb və ona qarşı siyasi və iqtisadi sanksiyalar tətbiq edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 5 =