Ərəbistan məntəqədəki sabitliyi pozur və terrorist dəstələrini himayə edir
Sizinyol xarici mediaya istinadən xəbər verir:
İranın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Səudiyyə kralının əsassız iddialarına cavab olaraq Səudiyyə Ərəbistanını bölgədəki sabitliyin pozulması mənbəyi adlandırdı və bunları söylədi:
Səudiyyə Ərəbistanının vəhhabi ideologiyası İŞİD və Əl-Qaidə üçün böyük bir ilham qaynağı olmuş və neftdən qazanılan dollarla bu terrorçu qrupların əsas maliyyə sponsoruna çevrilmişdir.
İran İslam Respublikasının BMT-dəki səfiri və daimi nümayəndəsi Məcid Taxtrəvançı Səudiyyə Ərəbistanı Kralının ittihamlarını əsassız adlandırdı və qəti şəkildə rədd etdi və dedi:
Səudiyyə Ərəbistanı çarəsiz şəkildə başqalarını ittiham etməyə çalışaraq düşüncələri özü qaranlıq və terrorizmə geniş dəstək verməsi ilə bağlı uzunmüddətli tarixindən, ekstremist inancların yayılması, nifaq və nifrət toxumlarının əkilməsi, bölgədəki sabitliyi pozan hərəkətlər və təcavüz cinayətlərindən yayındırmağa çalışır.
Səudiyyənin vəhşiliyinin bir nümunəsi son altı ildə Yəməndə qadın və uşaqların öldürülməsi, evlərin, məscidlərin, məktəblərin və xəstəxanaların dağıdılması və hətta yas mərasimlərinin hədəf alınması ilə nəticələnən qətllərdir.
Yəmənli uşaqlara qarşı törədilən bu cinayətlər o qədər qəddar idi ki, BM-nin beynəlxalq uşaq qatilləri siyahısında birinci oldu, lakin sonradan qeyri-peşəkar səbəblərdən siyahıdan çıxarıldı.
Bu əsassız iddialar, Sənadakı Yəmən Ali Siyasi Şurasının üzvü Məhəmməd Əli Əl-Hüseynin reaksiyasına səbəb oldu və o, Twitter-də yazdı: “Kral Salman bilməlidir ki, biz yalnız ABŞ-la mübarizə aparırıq. Səudiyyə Ərəbistanının silahları ilə bizimlə vuruşan Amerika ilə. Əgər Səudiyyə Ərəbistanının İran İslam Respublikası ilə haqq-hesabı varsa, belə bir şey istəyirsə, onunla üzləşsin.”