Ərəbistan paytaxtında bir neçə həssas mövqe hədəfə alındı

Ərəbistan paytaxtında bir neçə həssas mövqe hədəfə alındı

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Yəmən Silahlı Qüvvələrinin sözçüsü Briqada generalı Yahya Səri cümə axşamı günortadan sonra twitter hesabında pilotsuz təyyarələrin Səudiyyə Ərəbistanının paytaxtı Riyadda bir neçə həssas mövqeyə hücum etdiyini açıqlayıb.

Yəmən Silahlı Qüvvələrinin sözçüsü, Yəmən ordusunun pilotsuz qüvvələrinin cümə axşamı səhər Səudiyyə Ərəbistanının paytaxtı Riyaddakı həssas mövqeləri dörd pilotsuz təyyarə ilə hədəfə ala bildiyini söyləyib.

Yəhya Səri bu hücumun dəqiq olduğunu vurğulayaraq bu hərəkətin Yəmən xalqının təcavüz və mühasirəsinə cavab olaraq Yəmən xalqının təbii və qanuni haqqı çərçivəsində edildiyini bildirib.

Səri, Yəmən ordusunun hərbi əməliyyatlarının Yəmənin təcavüzü və mühasirəsinə son qoyulmadığı müddətdə davam edəcəyini də əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × 5 =