Ərəbistanın dərslik kitablarından anti-sionist mövzular çıxarılıb

Ərəbistanın dərslik kitablarından anti-sionist mövzular çıxarılıb

Səudiyyə Ərəbistanın dərslik kitablarından sionizm əleyhinə olan mövzuların çıxarılmasını Yəmən İslam Alimlər Birliyi məhkum edib.

Yəmən İslam Alimləri Birliyi bu məsələyə reaksiya verərək elan edib: Səudiyyə rejiminin dərslik kitablarından anti-sionizm mövzularını çıxarması İsrail rejiminin Fələstinin tam işğalına zəmin yaratmaq üçün aşkar dəstəkdir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı son günlərdə dərslik kitablarında əsaslı dəyişiklik etməklə sionist rejiminin müsəlmanların düşməni kimi tanıdılması barədə mövzuları bu kitablardan silib. Belə ki, dərslik kitablarında sionist rejimini qeyri-leqal hesab edən “sionizm təhlükəsi” adlı mövzu və həmçinin “cihad və şəhadət” mövzusu tamamilə silinmişdir.  

İsrail rejiminin kütləvi informasiya vasitələrindən yayılan məlumatlara əsasən Birləşmiş Ərəb Əmirlikləri də (BƏƏ)  dərslik kitabları barədə oxşar addımı atmışdır.

Iqna.ir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

8 + 8 =