Ərəblər bu ölkələr üçün neft qiymətlərini qaldırır

Ərəblər bu ölkələr üçün neft qiymətlərini qaldırır

Publika.az “Ukrainskaya Pravda”ya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının Asiya və Avropaya tədarük etdiyi neftin qiymətlərinin artması bu regionlarda neftə tələbatın artdığını göstərir.

Dövlətin nəzarətində olan “Saudi Aramco” aprel ayında Asiya üçün rəsmi satış qiymətlərini qaldırıb. “Arab Light”-ın flaqman nefti mart ayına nisbətən 50 sent artaraq, regional göstəricidən yuxarı – 2,50 dollar/barelə yüksəlib.

Bu, artıq ikinci aydır ki, “Aramco” ən böyük bazarı olan Asiya üçün qiymətləri qaldırır. “Aramco” neftinin təqribən 60%-ni Asiyaya (Çin, Yaponiya, Cənubi Koreya və Hindistan) satır.

ABŞ müştəriləri üçün isə qiymətlər dəyişməz qalıb. Şimal-Qərbi Avropa və Aralıq dənizi üçün qiymətlər bir barel üçün 1,30 dollara qədər artıb.

Qlobal iqtisadiyyatdakı yavaşlama və yüksək faiz dərəcələri fonunda Brent markalı neft bu il 1% ucuzlaşaraq barrel üçün 85 dollardan bir qədər çox olub.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı dünyanın ən böyük neft ixracatçısıdır və Rusiya ilə birlikdə OPEC+ istehsalçı qrupuna başçılıq edir.

23 ölkənin daxil olduğu alyans ən azı gələn ilə qədər hasilatı artırmamağı təklif edir.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 1 =