Ərbəin günü üçün Beynul Hərəmeynə dəmir körpü yerləşdirildi – Foto
Həzrət Əbülfəzl Abbasın (ə) hərəminin mühəndis texniki xidmət şöbəsi Ərbəin münasibətilə Kərbəlaya gələn zəvvarların sıxlığını nəzərə alaraq, izdihamın baş verməməsi üçün bəzi tədbirlər həyata keçirir. Bu səbəblə Beynul Hərəmeyn meydanında biri iki istiqamətli, hər birinin eni 4, hündürlüyü də 4 metr olan müvəqqəti dəmir körpülər yerləşdirilib.
Körpü karvanların və qonaqların dayanmadan və ya sıxlaşmadan birlikdə hərəkət etməsini təmin edilməsində fayda verəcək.
Hərəmin rəhbərliyi bu müddət ərzində zəvvarların təhlükəsizliyinin təmin olunması üçün Kərbəla şəhərində və ətrafında güclü təhlükəsizlik sisteminin tətbiq edilməsinə başlanıldığını açıqlayıb.
Iqna.ir